Pakistanda ebru sənəti tanıdıldı

Türkiyənin İslamabad Səfirliyi və Yunus Emre İnstitutu (YEİ) Lahor Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Pakistanda ebru sənəti tanıdıldı.

ebru.jpg
ebru sanati.jpg

Türkiyənin İslamabad Səfirliyi və Yunus Emre İnstitutu (YEİ) Lahor Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Pakistanda ebru sənəti tanıdıldı.

Tədbirdə Türkiyənin İslamabaddakı səfiri İhsan Mustafa Yurdakul, YEİ Lahor Türk Mədəniyyət mərkəzinin müdiri Ulaş Ərtaş, Milli Sənət qalereyasının müdiri Amna İsmayıl Pataudi ilə xeyli sayda tələbə və sənətsevərlər qatıldı.  

İlk gün tədbirləri çərçivəsində tələbələr və sənətsevərlərlə bir araya gələn ebru sənətçisi Nihal Türe ebru sənətinin tarixindən və texnikasından danışıb.

Ebru sənətinin Türkiyədə 600 ilə yaxın zamandır davam etdiyini bildirən Türə sənətin Buxarada ortaya çıxdığına inandığını bildirərək deyib ki, ebru sənəti ilk olaraq kitab və xəttatlıq lövhələrini bəzəmədə istifadə edilirdi. Zaman ərzində öz başına bir sənət kimi ortaya çıxdı.

Milli Sənət qalereyasının müdiri Amna İsmayıl Pataudi də çıxışında deyib ki, ilk dəfə ebru sənətilə əlaqəli tədbirimiz olur. Tədbirə ciddi rəğbət göstərildi. İştirakçılara sertifikat verməyi düşünürük. Türkiyə səfirliyilə bu sənətlə əlaqəli fəaliyyətlərimiz davam edəcək.

Ebru sənətinin tanıdılması tədbirləri çərçivəsində İslamabad və Lahorda sənətçilər bir həftə boyunca tələbələr və vətəndaşlarla bir araya gələcəklər.



Әlaqәli Xәbәrlәr