"Çikaqo türkləşir"

Dayel Meydanında "Çikaqo türkləşir" başlığı ilə keçirilən festival üç gün davam edib.

"Çikaqo türkləşir"

  Amerika Birləşmiş Ştatlarının (ABŞ) Çikaqo şəhərində bu il 15-cisi keçirilən Çikaqo Türkiyə Festivalı başa çatıb.

  Dayel Meydanında "Çikaqo türkləşir" başlığı ilə keçirilən festival üç gün davam edib.

  Festivalda ölkədə yaşayan türklərlə yanaşı ABŞ-ın ayrı-ayrı yerlərindən də çox adam gəlib.

  Səhnə rəqsləri, açıq hava dəfiləsi, Türkiyədən gələn mozaika, ağacoyma, ebru, saxsı, çini, mis və dəri sənəti nümunələri və yeməklərinə çox böyük maraq göstərilib.

  Festivalda rəssam və mozaika ustası Süha Semerci, dəriişləmə ustası və Aralıq dənizi Ənənəvi Əl Sənətləri Dərnəyinin rəhbəri Serdal İnözü, misişləmə ustası Ərtoğrul Üzümcü və xəttat Selami Erfidanın əsərlərinin də yer aldığı çoxsaylı ekspozisiya nümayiş olunub.

  Rəqsləri izləyən amerikalıların da oynayanlara qoşularaq halay çəkib onlarla ayaqlaşmaq istəmələri rəngli görüntülər yaradıb.

  Türkiyənin Çikaqodakı baş konsulu və Türkiyə-Amerika Mədəniyyət Assosiasiyasının (Turkish American Cultural Alliance Çikaqo / TACA) könüllülərlə birgə təşkil etdiyi festivalda minlərlə adam iştirak edib.



Әlaqәli Xәbәrlәr