“Anadolu atəşi” Bakını isitdi

Anadolunun müxtəlif bölgələrinin xalq və mifoloji oyunlarından ibarət xoreoqrafik rəqs ansamblı maraqlı makiyaj və paltarları ilə də bakılıların zövqünü oxşadı.

“Anadolu atəşi” Bakını isitdi

  Türkiyənin “Anadolu atəşi” rəqs ansamblı Azərbaycanın paytaxtı Bakıda şəhərin Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik dəstələrindən qurtarılmasının 100-cu ildönümü münasibətilə təşkil edilən konsert proqramında iştirak edib.

  Bakının yeni memarlıq simvollarından olan Heydər Əliyev Mərkəzindəki konsertdə “Anadolu atəşi” rəqs ansamblını Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Heydir Əliyev Fondunun direktoru Anar Ələkberov və minlərlə azərbaycanlı izləyib.

  Anadolunun müxtəlif bölgələrinin xalq və mifoloji oyunlarından ibarət xoreoqrafik rəqs ansamblı maraqlı makiyaj və paltarları ilə də bakılıların zövqünü oxşadı.

  Konsertin sonunda tamaşaçılar üçün Azərbaycan və Türkiyə bayraqları açan rəqqaslar böyük alqışlarla qarşılanıb.

  Tədbirdə “Anadolu atəşi”lə yanaşı Azərbaycanın tanınmış müğənniləri Aygün Kazımova, Ceyhun Zeynalov, Lalə Məmmədova, Eyyub Yaqubov, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, “Qaya” və “Rast” qrupları da çıxış edib.



Әlaqәli Xәbәrlәr