Zaqrebdə VII Türk Filmləri Həftəsi başladı

Xorvatiyanın paytaxtı Zaqrebdə Yunus Əmrə İnstitutunun təşkil etdiyi VII Türk Filmləri Həftəsi "Ayla" filmi ilə açıldı.

Zaqrebdə VII Türk Filmləri Həftəsi başladı

Xorvatiyanın paytaxtı Zaqrebdə Yunus Əmrə İnstitutunun təşkil etdiyi VII Türk Filmləri Həftəsi "Ayla" filmi ilə açıldı.
 
 Türkiyə Turizm Nazirliyi Kinomatoqrafiya Şöbəsinin və  Kinomatoqrafiya  İdarəsinin dəstəyi ilə dünyanın müxtəlif yerlərində Türk Filmləri Həftəsi təşkil edən  Yunus Əmrə İnstitutunun ilk dayanacağı Zaqreb oldu.
 
 Xorvat-Türk dostluğu Dərnəyinin təşkilatçılığı ilə paytaxtın tarixi çiçək meydanındakı Avropa kinoteatrında  baş tutan açılışda "Ayla"nın nümayişinə  Türkiyənin Zaqrebdəki səfiri Mustafa Babür Hızlan, Zaqreb Yunus Əmrə İnstitutunun rəhbəri Nurullah Yavaş,  Xorvat-Türk dostluğu Dərnəyinin sədri Qoran Beus Richemberq və kinosevərlər qatıldılar.
 
Mustafa Babür Hızlan çıxış edərək, kinonun beynəlxalq dil olduğunu, kino sənətinin sərhədləri aşaraq digər mədəniyyət və insanlardan bəhs etdiyini bildirdi.
 
Nurullah Yavaş  Türk kinosunun Xorvatiya-Türkiyə dostluğunun möhkəmlənməsinə töhfə verəcəyini vurğuladı.
 
 Richemberg isə Zaqreb kinosevərlərinin Türk filmlərini böyük bir zövqlə izləyəcəklərini, zaqreblilərin Türk filmlərini sevdiklərini qeyd etdi.
 
 10 Türk filminin təqdim olunacağı Türk Filmləri Həftəsi çərçivəsində Dərviş Zaimin "Balıq", Burak Aksaqın "Mənə Nağıl Danışma", Reha Erdemin "Qorxuram Ana", Ümid Körekenin "Mavi Velosiped" filmləri də göstəriləcək.
 
Həftədə filmlərin nümayişi ilə yanaşı, aktyor, rejissor, ssenarist və prodüserlərlə görüşlər, söhbətlər, workshoplar, Türk mətbəxinə dair tədbirlər, kino, afişa  sərgiləri olacaq.
 
  Türk Filmləri Həftəsi mayın 27-dək  davam edəcək.



Әlaqәli Xәbәrlәr