Yasmine Hamdan İstanbulda konsert verəcək

Folk-elektronik musiqisi, qeyri-adi vokal anlayışı ilə diqqət çəkən müğənni və şair Yasmine Hamdan istanbullu musiqisevərlərlə görüşəcək.

Yasmine Hamdan İstanbulda konsert verəcək

Folk-elektronik musiqisi, qeyri-adi vokal anlayışı ilə diqqət çəkən müğənni və şair Yasmine Hamdan istanbullu musiqisevərlərlə görüşəcək.

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən livanlı Yasmine Hamdan 24 apreldə Camal Rəşid Rey Konsert Salonunda səhnəyə çıxacaq.

Konsertdə elektronik və pop elementlərini ərəb musiqisi ilə qovuşduran Hamdanı gitarada Cedric Le Roux, barabanda Loic Maurin və sintezatorda Cong Minh Pham müşayiət edəcəklər.

Cim Jarmushin "Oskar"a namizəd "Yalnız Aşiqlər Həyatda Qalar" filmində səsləndirdiyi mahnı ilə geniş kütlələrin sevimlisinə çevrilən Yasmine Hamdan professional musiqi həyatına 2000-ci illərin əvvəlində Orta Şərqin ilk müstəqil elektron-pop qruplarından olan "Soapkills"in vokalisti olaraq başladı.
 
 İlk albomunu "Ya Nass" adı ilə çıxaran Hamdanın üçüncü albomu "Al Jamilat" ötən il musiqisevərlərə təqdim oliundu.

 

 



Әlaqәli Xәbәrlәr