“Bu ki lap şahzadə geyiminə oxşayır” deyirlər

Hollandiyada hər il “Ash Wednesday” karnavalı olur ki, onu orta məktəb şagidrləri də sevinclə qarşılayır, əyləncəli keçirirlər.

“Bu ki lap şahzadə geyiminə oxşayır” deyirlər

  Hollandiyada hər il “Ash Wednesday” karnavalı olur ki, onu orta məktəb şagidrləri də sevinclə qarşılayır, əyləncəli keçirirlər.

  Deventer şəhərinin "Adwaita" orta məktəbində keçirilən builki karnavalda da azərbaycanlı Sara yenə milli geyimlə hər kəsin qarşısına çıxdı.

  Saranın anası Xatirə Abdullazadə deyir:

  “Üç ildir belədir: mən uşaqlarımı milli geyimdə göndərirəm karnavala. Bəlkə Saranın milli paltarının karnavalla əlaqəsi yoxdur. Çünki karnavala dovşan, it, pişik, öküz, skelet, vampir paltarları geyinib gəlirlər. Amma mən yox, hər il Azərbaycan milli paltarını geyindirirəm. Bununla həm də Azərbaycan adlı bir dövlətin varlığını, milli patlarlarımızı göstərmək istəyirəm.

  Birinci dəfə geyindirəndə elə bilirdim deyəcəklər “nə dəxli var karnavala?” Amma elə ilk gündən xoş qarşılandı.

  Hər il bizim milli geyimimizi Saranın əynində görüncə istər-istəməz neçə nəfərin yaddaşında Azərbaycanın xanım-xatun milli paltarı qalır, “gələcəkdə də unutmazlar” deyə düşünürəm.

  Sinif yoldaşları ondan soruşanda ki, “Bu nə paltardı belə?” Fəxrlə deyir: “Azərbaycan milli geyimi”. Hamının da xoşu gəlir, çox bəyənir və “Bu ki lap şahzadə geyiminə oxşayır” deyirlər.”     

  Qeyd edək ki, katoliklərin Paxsa bayramına 40 gün qalmış bir bazar günü başlayan və 3-4 gün çəkən bu karnavalda cürbəcür karnaval patlarları geyinən uşaqlar oxuyur, oynayır, yeyir, zarafat edir, şənlənirlər.



Әlaqәli Xәbәrlәr