Türk Dünyasının Sənədli Filmləri Bakıda

II Türk Dünyası Sənədli Film Festivalını "6 ölkə, 13 ekran, 1 festival" şüarı ilə yola çıxıb.

Türk Dünyasının Sənədli Filmləri Bakıda

  Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Bölümünün rəhbəri İrfan Çiftçinin verdiyi məlumata görə, Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən türk mədəniyyətini tanıtmaq məqsədilə təşkil edilən I Türk Dünyası Sənədli Film Festivalı 2016-cı ildə "5 ölkə 7 şəhər 1 festival" şüarı yola çıxmışdı. Bu il hədəfini böyüdən festival II Türk Dünyası Sənədli Film Festivalını "6 ölkə, 13 ekran, 1 festival" şüarı ilə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Bölümü, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Üniversitesinin (BDU) dəstəyilə həyata keçirilir.

  II Türk Dünyası Sənədli Film Festivalının açılışı bu il yarışmalı olaraq İstanbulda 2017-ci ilin 27-30 sentyabr tarixlərində İstanbul Universitetinin Böyük Salonunda başladı. Festivalın Münsiflər Heyətinin üzvləri Hocakulu Narlıyev (rejissor, Türkmənistan), Əhməd Yeşiltepe (rejissor, Türkiyə, NTV Xarici Yayımlar Bölümü), Əbdülhəmid Avşar (rejissor, Türkiyə, TRT İstanbul) Albina Nafiqova (rejissor, Tatarıstan), Bəxtiyar Qaraca (rejissor, Azərbaycan), Məmməd Gülərüz (rejissor, Türkiyə, SETEM-in təsisçisi), Artıkbay Süyündukoy (rejissor, Qırğızıstan), Zeynel Koç (Türkiyə, TRT İdarə Heyətinin əvvəlki üzvü) kimi tanınmış kinorejissor və prodüsserlərdən ibarətdir.

  Bundan başqa, bu ildən başlayaraq bu festivalda keçən il dünyasını dəyişmiş azərbaycanlı rejissor Tofiq İsmayılovun adına təsis edilən xüsusi mükafat verilir. 2017-ci ildə Tofiq İsmayılov Xüsusi Mükafatına Başqırdıstandan Kirsten Qainetin “7 Maidens Theatre” filmi layiq görüldü.

 Festivalda müxtəlif nominasiyalara layiq görüləcək filmlər yaxın günlərdə Səfirliyin Mədəniyyət və Tanıtma Bölümü tərəfindən müxtəlif universitet, mədəniyyət mərkəzləri və Yunus Əmrə İnstitutunda göstərilir. 

  Festivalın Azərbaycan bölümünün açılışında Münsiflər Heyəti tərəfindən seçilmiş 2 sənədli film – “Sıraç” (Türkiyə) və “Yol” sənədli filmləri (13-15 oktyabr) göstərilir və rejissorları ilə söhbətlər olacaq.

  13 oktyabrın səhəri Bakı Dövlət Universitetinin Böyük Akt Zalında (1-ci mərtəbə) açılış nitqini BDU-nun rektoru, akademik Abel Məhərrəmovun etdiyi mərasimdə rejissor Oqtay Mirqasımovun film haqqında məlumat və təqdimatından sonra II Türk Dünyası Sənədli Film Festivalının “Ən yaxşı üçüncü film”i -türkiyəli rejissor Gülşan Sarunun “Sıraç” filmi nümayiş olunub. Günortadan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində (2-ci bina 3-cü mərtəbə) Dünya Kinosu və Azərbaycan Kinosunun Bugünkü İnkişafı mövzusunda BDU Jurnalistika fakültəsinin dekanı Vugar Ziferoğlu, məruzəçilər Oqtay Mirqasımov və Bəxtiyar Qaraca danışıb. Axşam isə Nizami kinoteatrında II Türk Dünyası Sənədli Film Festivalının Azərbaycan hissəsinin açılış-təqdimat mərasimi keçirilib. Mərasimdə Türkiyə və Azərbaycan rəsmiləri, Festival Komitəsinin nümayəndələri, mədəniyyət adamları və sənətsevərlər iştirak edib.

  “Sıraç” filmindən sonra Oqtay Mirqasımovun təqdimatı ilə azərbaycanlı rejissorlar Azər Ağayev və Rəvanə Səmədovanın “Yol filmi nümayiş olunub. 

  Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma bölümünün rəhbəri və proqramın aparıcısı İrfan Çiftçinin verdiyi məlumata görə, II Türk Dünyası Sənədli Film Festivalı 6-7 oktyabrda Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada keçirilib. 12-15 oktyabrda Azərbaycanın paytaxtı Bakıda, 26-27 oktyabrda Qazaxıstanın paytaxtı Almatıda, 30-31 oktyabrda Qırğızıstanın paytaxtı Bişkekdə, 9-10 noyabrda Makedonyanın paytaxtı Üsküpdə davam edəcək. Noyabrın 18-də isə İstanbulda başa çatacaq.

  Qeyd edək ki, türkiyəli rejissor Gülşah Sarunun “Sıraç” sənədli filmi min il əvvəl Orta Asiyadan Anadoluya köç edən, Oğuz boylarından biri olan, Bəydili tayfasına məxsus Sıraç türkmənlərindən bəhs edir. Anadolunun dağlıq bölgələrində yaşayan sıraçlar ata-baba mədəniyyətini qoruyub-saxlayan bir türk tayfasıdır. Türkiyənin Tokat rayonunun Zile qəsəbəsinin Karacaören kəndində aparılan çəkilişlərdə sıraç türkmənlərinin adət-ənənələri əks olunub. Sənədli film Tokat, Zile, Karacaören, Karşıpınar və Almus qəsəbəsinin Hubyar kəndində çəkilib.

  Azərbaycanlı rejissorlar Azər Ağayev və Rəvanə Səmədovanın “Yol” filmi isə 19-20-ci əsrlərdə dəfələrlə sürgünə məruz qalmış türk xalqı – ahıskalılardan bəhs edir. Sürgünlərin səbəbləri müxtəlifdir. Stalinin siyasəti, müharibələr, 1989-cu il Fərqanə hərəkatı, ahıskalıların bir qisminin Azərbayacana köçü və yaşayışı “Yol” sənədli fimində əks olunur.



Әlaqәli Xәbәrlәr