2018-ci ildə Trabzondan 67 ölkəyə fındıq ixrac edildi

Türkiyədən 2018-ci ildə 120 ölkəyə fındıq ixrac edilib. Bu barədə Şərq Qaradəniz İxracatçılar Birliyi Fındıq və məmulatları Sektoru Komitəsinin Başçısı Mehmet Çırav məlumat verib.

2018-ci ildə Trabzondan 67 ölkəyə fındıq ixrac edildi

Çıravın yazılı bəyanatına görə, 2018-ci ildə ən çox fındıq ixrac edilən ölkələrin başında Almaniya, İtaliya, Fransa, Niderland və Kanada iştirak edir. Çirav bildirib ki, sektorun aparıcı şirkətləri Trabzon şəhərindədilər.

2018-ci ildəki 1 milyard 636 milyon 573 min 706 dollarlıq fındıq ixracatının 39% Trabzon şəhərindən reallaşdığını ifadə edən Çırav, 127 milyon 800 min 141 dollarla İtaliyanın ilk sırada iştirak etdiyini, bu ölkəni 109 milyon 30 min 314 dollarla Almaniya, 73 milyon 959 min 497 dollar ilə Fransanın izlədiyini qeyd edib. Çirvaın sözlərinə görə Trabzondan aralarında Əl-Cəzayir, Liviya, Xorvatiya, Kosta Rika və Özbəkistanın da olduğu 67 ölkəyə fındıq ixrac edilib.

 



Әlaqәli Xәbәrlәr