Türkiyə Özbəkistanın 4-cü böyük ticarət ortağıdır

Özbəkistan Dövlət Statistika Komitəsindən verilən məlumata görə...

Türkiyə Özbəkistanın 4-cü böyük ticarət ortağıdır

  Türkiyə ilin 8 ayı boyu Özbəkistan xarici ticarətindən 6,6 faiz pay alaraq 4-cü böyük ticarət tərəfdaşı olub.

  Özbəkistan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-avqust ayları arası ölkənin xarici ticarət dövriyyəsi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 20,6 milyard dollar təşkil edib. Həmin dövrdə ölkənin ixracatı 4,4 faiz artaraq 8,6 milyard, idxalı da 31,2 faiz yüksələrək 12 milyard dollara çıxıb. Ölkənin xarici ticarət kəsiri 3,4 milyard dollar olub.

  İlin 8 ayında 3 milyard 9305 milyon dollarlıq xarici ticarət və 19,1 fazilik payı ilə Özbəkistanın ən böyük ticarət tərəfdaşı Çindir. Bu ölkədən sonra 3 milyard 7713 milyon dollarlıq xarici ticarət və 18,3 faizlik payla Rusiya, 1 milyard 945,8 milyon dollarlıq xarici ticarət və 9,4 fazilik payla Qazaxıstan, 1 milyard 358 milyon dollarlıq olan xarici ticarət və 6,6 fazilik payla Türkiyə gəlir. Beləliklə, Türkiyə Özbəkistanın 4-cü böyük ticarət ortağı sayılır.  



Әlaqәli Xәbәrlәr