İran itirdi, Fransa geri çəkildi, Çin qazandı

İranın rəsmi xəbər agentliyi İRNA-nın İran Dövlət Neft Şirkəti rəsmisi Məhəmməd Mustafəvinin verdiyi məlumata əsasən yazdığı xəbərə görə...

İran itirdi, Fransa geri çəkildi, Çin qazandı

  Fransanın “Total” neft və qaz şirkəti Amerika Birləşmiş Ştatlarının yeni sanksiyalarını əsas göstərərək Fars Körfəzindəki Cənubi Pars Qaz Sahəsindən geri çəkilməklə layihədəki Çin əksəriyyət payına malik oldu.

  İranın rəsmi xəbər agentliyi İRNA-nın İran Dövlət Neft Şirkəti rəsmisi Məhəmməd Mustafəvinin verdiyi məlumata əsasən yazdığı xəbərə görə, layihədə 30 faizlik paya malik olan Çin Dövlət Neft Şirkəti (CNPC) “Total”ın layihədəki 50 faizlik hissəsini satın alaraq 80 fazi paya malik olub. Beləliklə, bu səhmlə CNPC 5 milyard dollarlıq layihədə ən çox pay sahibi sayılır.

  Göründüyü kimi, D.Tramp rəhbərliyi İranla imzalanan nüvə müqaviləsindən sonra təxirə saldığı sanksiyaları yenidən həyata keçirməyə başlayınca, Fransanın “Total” neft və qaz şirkəti bunu əsas göstərərək Fars Körfəzindəki Cənubi Pars Qaz Sahəsindən geri çəkilincə Çinin bölgədə daha da böyüməsinə şərait yarandı.



Әlaqәli Xәbәrlәr