Deutsche Bank işçilərini işdən azad edir

Almaniyanın güclü banklarından Deutsche Bank, xərcləri aşağı salmaq və gəlirini artırmaq üçün çox sayda işçisini işdən  çıxarır.

Deutsche Bank işçilərini işdən azad edir

Deutsche Bankın açıqlamasında bildirilib ki, bəzi islahatlar aparmaq üçün personal sayını təxminən 25% aşağı salmağı planlaşdırırıq.

Qeyd edək ki, Bank 2015-ci ildə verdiyi açıqlamada bildirmişdi ki, 2020 strategiyası çərçivəsində aralarında Argentina, Çili, Meksika, Peru, Uruqvay, Danimarka, Finlandiya, Norveç, Malta və Yeni Zelandiya kimi ölkələr başda olmaqla 10 ölkədəki fəaliyyətlərə son qoyulacaq. Buna görə 15 min işçi işdən azad ediləcək.


Etiketlәr: Deutsche Bank , Almaniya

Әlaqәli Xәbәrlәr