• Video Qalereya

Zeytun ixracatında rekord artım qeydə alınıb

Türkiyənin 2017-2018 mövsümünün ilk yarısında Süfrəlik zeytun ixracatı, bir əvvəlki mövsümün müvafiq dövrünə görə 14% artımla 71 milyon 53 min dollara yüksəlib.

Zeytun ixracatında rekord artım qeydə alınıb

Egey İhracatçılar Birliyinin məlumatına görə, keçən ilin ilk yarısında 62 milyon 225 min dollar olan zeytun ixracatı, son 4 mövsümün ən yüksək həcminə çataraq 71 milyon 53 min dollara çatıb.

Türkiyə 94 ölkəyə Süfrəlik zeytun ixrac edib. Ən çox ixracat isə sırası ilə Almaniya, İraq və Rumıniyaya reallaşdırılıb.

1 oktyabr 2017 ixracat dövründə, 58 milyon 322 min dollarlıq qara, 12 milyon 730 min dollar da yaşıl zeytun ixrac edilib.

Egey Zeytun və Zeytunyağı İhracatçıları Birliyinin İdarə heyəti Başçısı Davud Er, Türkiyədəki zeytun ağacı sayının 2002-ci ildən sonra 90 milyondan, 180 milyona çatdığını, mövcud 450 min ton olan Süfrəlik zeytun istehsalının 1 milyon 200 min tona çatması üçün tədbirlər görüldüyünü qeyd edib.

 



Әlaqәli Xәbәrlәr