ABŞ-da  xalqın borcu tarixinin ən yüksək səviyyəsinə çatıb

2017-ci  ilin hesabatına görə ölkədə insanların kredit borcu 572 milyard dollar artaraq 13 trilyon 148 milyard dollara çatıb.

ABŞ-da  xalqın borcu tarixinin ən yüksək səviyyəsinə çatıb

2009-cu ildəki  iqtisadi böhrandan sonra, 2013-cü ilə dək  olan dövrdə təxminən 1,5 trilyon dollar azalan kredit  borcu, növbəti 4 il  ərzində 2 trilyon dollar  artıb.

ABŞ-da xalq ən çox  mənzil satın almaq üçün kredit istifadə edir. Elə ki, İpoteka kreditlərin həcmi  8 trilyon 882 milyard dollar təşkil edir. Bu da ümumi borç miqdarının 67%-si dir.

İpoteka krediti, 2008-ci ilin üçüncü rübündə 9,3 trilyon dollara çatsa da, 2009-cu ildə mənzil böhranı yarandıqdan sonra  azalmışdı.

Amerikalıların ən çox borclu olduqları digər iki sahə isə tələbə və avtomobil kreditləridır.

Tələbə kreditləri 1 trilyon 378 milyard dollar, avtomobil kreditləri isə 1 trilyon 221 milyard dollar olaraq qeydə alınıb.

Ölkədə kredit kartı borcu da 834 milyard dollar ilə son 9 ilin ən yüksək seviyyəsində.

 



Әlaqәli Xәbәrlәr