Türkiyə yanvar-sentyabr aylarında 93 ölkəyə çay ixrac edib

Şərqi Qaradəniz İxracatçılar Birliyinin İdarə heyətinin başçısı Əhməd Həmdi Gürdoğan bildirib ki, ümumi çay ixracatının 70% Avropa İttifaqına üzv ölkələrə edilib.

Türkiyə yanvar-sentyabr aylarında 93 ölkəyə çay ixrac edib

Şərqi Qaradəniz İxracatçılar Birliyinin hesabatına görə Yanvar-Sentyabr aylarında xarici ölkələrə reallaşdıralan çay ixracatında Belçika 8 milyon 676 min 448 dollarla ilk sırada iştirak edərkən, bu ölkəni sırasıyla 6 milyon 109 min 347 dollarla Almaniya, 1 milyon 82 min 514 dollarla Kıbrıs, 897 min 304 dollar ilə Səudiyyə Ərəbistanı izləyib.

Zikr edilən dövrdə, Kanada, Seneqal, İordaniya, Küveyt, Çad, Efiopiya, Sinqapur, Somali, Nigeriya, Qabon, Qambiya, Qana, Tanzaniya və Panama kimi fərqli ölkələrə də ixracat reallaşdırılıb.

İlin 9 ayında ümumi çay ixracatı 21 milyon 732 min 96 dollar olub.

 



Әlaqәli Xәbәrlәr