Virtual pul vahidi Bitcoin dəyər itirdi

Virtual pul vahidi Bitcoinin dəyəri bu həftə 32% düşərək 2.050 dollar oldu.

Virtual pul vahidi Bitcoin dəyər itirdi

İnternetin banksız və dövlətsiz pul vahidi olan Bitcoinin dəyəri son həftələrdə rekord əldə edərək, bazar günü 3.00 dollara yaxınlaşmışdı.

Lakin bu həftənin əvvəlindən etibarən dəyər ititən Bitcoin 2.050 dollara düşdü.

Bitcoin bazar ertəsi günündən etibarən 32% ucuzlaşaraq, 2015-ci ilin yanvar ayından bu yana ən sərt şəkildə düşdü.

Beləliklə, Bitcoin mayın 20-dən etibarən əldə etdiyi bütün qazancları itirdi.

Ekspertlər bu həftə Amerika Birləşmiş Ştatlarının texnologiya şirkətlərinin səhmlərindəki düşüşə işarə edirlər. Bitcoinə də tələbin azaldığını bildirirlər.

 



Әlaqәli Xәbәrlәr