Atçılıq üzrə dünya kubokunun İsveçrə mərhələsi yekunlaşdı

13 mərhələdən ibarət olan tədbirin 10-cu mərhələsi hesab edilən İsveçrədəki yarışlara Basel şəhəri ev sahibliyi edib.

4.jpg
3.jpg
2.jpg
1.jpg

Dünyanın ən yaxşılarının mübarizə etdiyi yarışda günü uğurla tamamlayan Martin Fuchs oldu.

İsveçrəli idmançını Hollandiyadan Marc Houtzager və Belçikadan isə Pieter Devos izlədi.

Tədbirin 11-ci mərhələsi 17-20 yanvar tarixlərində Almaniyanın Leypsiq şəhərində keçiriləcək.

 


Etiketlәr: Martin Fuchs

Әlaqәli Xәbәrlәr