• Video Qalereya

Ərzurum Türk Oyunları Festivalı

Builki Ərzurum Türk Oyunları Festivalı çərçivəsində həyata keçirilən atlı nizə, oxatma, kökbörü oyunları diqqəti daha çox çəkdi.

turk oyunlari festivali erzurum.jpg

  Dünya Etnospor Konfederasiyası, Türkiyə Ənənəvi İdman Növləri Federasiyası, Oxatanlar Fondu, MNG Mübadilə və Həyat Mərkəzi ilə Ərzurum Böyükşəhər Bələdiyyəsinin birgə əməkdaşlığı ilə Ərzurum-Aşkale avtomobil yolunun 6-ci kilometrliyində xüsusi olaraq hazırlanan 120 min kvadratmetrlik sahədə həyata keçirilən festivalın ikinci günündə də atlı nizə, oxatma və kökbörü oyunlarıyla yanaşı, qaraqucaq güləşləri və bir çox ənənəvi idman növü yarışları keçirildi.

  Oyun meydançaları, oba sahələri, toy çadırları, atlı nizə meydançaları və çadır evlərin qurulduğu festival sahəsində qonaqlar üçün Ərzuruma aid əl sənəti və rayonun yerli xörək növlərinin təqdimatı oldu.

  Ərzurumlu dəmirçi ustası Davud Tanın atəşdə qızaran dəmiri əl və dilinə sürtərək etdiyi çıxışı gələnlərin böyük marağını qazandı.

  Türkiyə Ənənəvi İdman Növləri Federasiyasının Fəxri sədri, professor Alpaslan Ceylan jurnalistlərə məlumatında deyib: “Festivalda təşkil edilən idman oyunlarının mühüm bir qismi keçmişdə Orta Asiyada türk mədəniyyətində təlim məqsədilə görülən tədbirlər olub. Mədəniyyət əslində yaşayan obyektdir. Türklər hər an müharibəyə hazır olmaq üçün sülh zamanı ənənəvi təlimlərini idman növü kimi əyləncəyə çevirməklə məşqlərini davam etdirmişlər. Əgər siz öz mədəniyyətinizi yaşatmasanız, gələn nəsillərə çatdıracağınız heç nəyiniz olmaz".



Әlaqәli Xәbәrlәr