Epilepsiya tutmaları barədə xəbərdarlıq edən "ağıllı" qolbaq hazırlanıb

Hollandiya alimləri epilepsiya tutmaları barədə əvvəlcədən siqnal verən ağıllı “Nightwatch” qolbağını yaratmağa müvəffəq olublar.

Xəstənin biləyinə taxılan qolbaq onun ürək döyüntüsünü və əzələlərin sıxılma xüsusiyyətini izləyir. Artan ürək sürəti və əzələlərin daralması aşkar edildikdə isə o, epilepsiyanın başlanmasını xəbər verir və bu zaman qırmızı işıq yanır.

Mütəxəssislərin fikrincə, epilepsiya tutmaları adətən yuxu zamanı baş verdiyindən bilərzik xəstəni yuxuda da izləməyə davam edir. Bu zaman qolbaq sahibinə siqnal vasitəsilə xəbərdarlıq edir və onu oyadır. Həmçinin tutulma barədə mesajı dərhal xilasetmə xidmətinə göndərir.

Mənbə: Trend İnformasiya Agentliyi

Әlaqәli Xәbәrlәr