Türkiyəli həkim tərkibində bor turşusu olan qarqara yaratdı

Türkiyədə Səlcuq Universiteti Diş Həkimliyi Fakültəsinin müəllimi, professor Səma Hakkı antibakterial xüsusiyyətinə görə daha çox diş müalicəsində istifadə edilən, idxal ağız qarqaralarına alternativ olaraq "bor" tərkibli qarqara yaratdı.

Səma Hakkının bu istiqamətdəki tədqiqat işi 2006-ci ildən etibarən davam edirdi.
 
Hakkı tədqiqat  işində müxtəlif testlərdən sonra bor maddəsinin qarqara, antibakterial xüsusiyyətli olduğunu və hüceyrələrin canlılığını azaltmadığını müəyyən etdi.

Tədqiqatçı bu kəşf üçün həm Türkiyədə, həm Amerika Birləşmiş Ştatlarında patent aldı.
 
 Dünya səviyyəsində bor ehtiyatlarının 70 faizinin Türkiyədə olduğunu xatırladan Hakkı  borun mühüm və həyati bir element olduğunu bildirdi.

Tədqiatçı tədqiqatda bor maddəsinin sümük hüceyrələri üzərindəki müsbət təsirini aşkar etdiklərini və bor tərkibli qarqara yaratdıqlarını söylədi.

Әlaqәli Xәbәrlәr