Alimlər bioparçalanan kağız batareya yaradıblar

ABŞ-ın Binqemton Universitetinin tədqiqatçıları bioparçalanan kağız batareya yaradıblar.

Alimlər bioparçalanan kağız batareya yaradıblar

ABŞ-ın Binqemton Universitetinin tədqiqatçıları bioparçalanan kağız batareya yaradıblar. Onun effektivliyi bütün analoji texnologiyaları geridə qoyur.

Elmi ictimaiyyətdə kağız batareyaların ekoloji alternativ qismində istifadəsi imkanı ilə bağlı uzun müddət müzakirələr aparılsa da, indiyədək təklif edilən texnologiyalar yetərincə olmayıb. Bundan başqa, onların hazırlanma prosesi mürəkkəb olub, eləcə də kağız batareyaların parçalanmaq qabiliyyəti şübhə altına alınıb.

Bu dəfə isə tədqiqatçılar tərəfindən kağız və texniki polimerlərin hibridindən istifadə edən kağız biobatareya hazırlanıb. Tədqiqatçılar qrupu suda batareyanın deqradasiyasını yoxlayıb, bu prosesi xüsusi qurğular və şərait olmadan və ya mikroorqanizmlər tətbiq etmədən işə sala bilib.

Polimer kağız konstruksiyalar çox yüngül, ucuz və elastik olur. Biobatareyaların istehsal prosesi çox sadədir və material tələblərdən asılı olaraq modifikasiyalara imkan verir.

 

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr