• Video Qalereya

ABŞ-da keçirilən PUA yarışmasına Türkiyədən iştirak edən tələbələr damğa vurdular

Beynəlxalq Pilotsuz Hava Sistemləri Yarışmasına (AUVSI SUAS 2018) Türkiyədən iştirak edən heyətlər damğasını vurdu.

ABŞ-da keçirilən PUA yarışmasına Türkiyədən iştirak edən tələbələr damğa vurdular

Beynəlxalq Pilotsuz Hava Sistemləri Yarışmasına (AUVSI SUAS 2018) Türkiyədən iştirak edən heyətlər damğas vurdu.

Sayca 16-ci olan yarışmaya ABŞ-ın Merilend ştatı ev sahibliyi etdi.

Ön müraciət mərhələsindən keçə bilən məhdud saydakı müsabiqəçinin iştirak etdiyi tədbirə cair il dünyanın müxtəlif bölgələrindən 69 universitet heyəti qəbul edildi.

Türkiyə ilə 5 heyətlə tədbirdə öz yerini tutdu.

Dünyanın məşhur universitetlərindən güclü rəqiblərlə yarışan İstanbul Texnik və Yıldız Texnik universitetlərindən tələbələr ilk 10 yerdə iştirak edərək əhəmiyyətli qələbə qazandılar.

İstanbul Texnik Universiteti komandası “İTÜNOM” 7-ci, Yıldız Texnik Universiteti “Lagari" komandası isə 8-ci yeri tutdu.

“Lagari” həmin zamanda müsabiqə tarixinin ən dəqiq atışını reallaşdıraraq, bir rekorda imza atdı və missiya kateqoriyasında da 5-ci oldu.

Qeyd edək ki, Merilendə 2002-ci ildən bəridir keçirilən Dünyanın ən genişmiqyaslı müsabiqələrindən “AUVSI SUAS”  universitet tələbələrinin düzəltdikləri pilotsuz uçuş aparatı (PUA) sistemlərinin yarışmasına səhnə olur.

Yarışmada iştirakçıların tamamilə öz imkanları ilə hazırladıqları avtonom olaraq uça bilən, naviqasiya və sensor xüsusiyyətlərinə sahib pilotsuz uçuş sistemlərilə əvvəldən müəyyənləşdirilən vəzifələri yerinə yetirmək üçün yarışır.

Mühəndisliyin fərqli sahələrində texniki bilik və bacarıqların bir araya gətirildiyi yarışma sahəsində dünyanın ən genişmiqyaslı müsabiqələri arasındadır.  



Әlaqәli Xәbәrlәr