• Video Qalereya

Alimlər izdihamlı yerlərdə səsləri ayırd edə bilən sistem hazırlayıb

Bir qayda olaraq, insanlar izdihamlı yerlərdə həmsöhbətinin səsini kifayət qədər yaxşı ayırd edə bilirlər.

Alimlər izdihamlı yerlərdə səsləri ayırd edə bilən sistem hazırlayıb

Lakin təəssüf ki, eyni sözləri kompüter barədə söyləmək olmaz. Ancaq "Google" şirkəti bu problemin aradan qaldırılması üçün yeni həll hazırlayıb.

 "Google" şirkətini təmsil edən alimlər qrupu tərəfindən hazırlanmış təlim sistemi danışan şəxsin sifətini tanımaqla yanaşı, konkret səsləri ayırd etmək qabiliyyətinə malikdir. Süni intellekt sistemi eyni anda bir neçə insan danışdıqda belə səsləri ayırd edə bilir. Hazırda "Google" öz məhsullarında bu funksiyadan istifadə etmək imkanını araşdırır.

 

 

Mənbə:AZƏRTAC


Etiketlәr: Google

Әlaqәli Xәbәrlәr