Çinlilər “iPhone X”in tam oxşarını yaratdılar

Çində "iPhone X" flaqman smartfonlarının bu günə qədər bütün bazarda mövcud olan ən dəqiq oxşarının satışlarına başlanılıb.

Çinlilər “iPhone X”in tam oxşarını yaratdılar

Çində "iPhone X" flaqman smartfonlarının bu günə qədər bütün bazarda mövcud olan ən dəqiq oxşarının satışlarına başlanılıb.

Yeni "OWWO X" əsl "Apple"i 99 faizdən çox təkrarlayır. Ən kiçik hissəsi isə onun əməliyyat sistemidir ki, onu da təkrarlamaq mümkün deyil.

Ümumilikdə smartfon 5,7 düym həcmli "Full HD+" displeyi ilə təchiz edilib. Cihazın keyfiyyətli işləməsinə isə 2,5 Ghz tezlikli 10 nüvəlik "MediaTek" prosessoru məsuliyyət daşıyır.

Bundan başqa, yenilik möhtəşəm 16 meqapiksel gücündə kameraya malikdir. Onun 3180 mA/saat gücündə akkumulyatoru mövcuddur. "OWWO X" smartfonunun qiyməti isə təxminən 380 manat təşkil edir.

 

Mənbə: Milli.Az


Etiketlәr: "OWWO X" , "iPhone X" , Çin

Әlaqәli Xәbәrlәr