Mayk Pompeonun prezident Trampın qalmaqallı sözlərinə münasibəti

ABŞ-ın Dövlət katibi Mayk Pompeo prezident Donald Trampın Türkiyəyə qarşı ifadələrilə əlaqəli olaraq, bunun Trampın özünə soruşulmasının lazım olduğunu söyləyib.

Mayk Pompeonun prezident Trampın qalmaqallı sözlərinə münasibəti

ABŞ-ın Dövlət katibi Mayk Pompeo prezident Donald Trampın Türkiyəyə qarşı ifadələrilə əlaqəli olaraq, bunun Trampın özünə soruşulmasının lazım olduğunu söyləyib.

Orta Şərq ölkələrinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanıda mətbuat mənbuslarına açıqlama verən Pompeo deyib ki, prezident Trampın sosial şəbəkədə paylaşım etdiyi Türkiyəyə yönəldilmiş ifadələrilə əlaqəli hələ də Türkiyə rəsmilərilə görüşməmişəm. Trampın Türkiyə və Surayının şimalındakı terror təşkilatı PKK-YPG arasında 20 mil ( təqribən 30 km) uzunluğunda təhlükəsiz bölgə bəyanatı rəsmi Vaşinqtonun bölgədəki siyasətlərilə üst-üstə düşür. Təhlükəsiz bölgə “Vaşinqtonun Türklərlə görüşlərdə əldə etmək istədiyi nəticə”dir. Ancaq proses inkişaf mərhələsindədir. Terror təşkilatı DEAŞ-ı məğlub edərkən yanımızda mübarizə aparanların əmin-amanlıq içərisində olduğundan, həmin zamanda terrorçuların Türkiyəyə hücum etmə imkanı olmadığından əmin olmaq istəyirik. Bunlar bizim iki hədəfimizdir. Hərgah bir boşluq yarada bilsək, istərsəniz buna təhlükəsiz bölgə deyin, burada da düzgün təhlükəsizlik şəraitini yarada bilsək, bu bölgədəki hər kəs üçün yaxşı olacaqdır. Əgər mövzu terrorçulardırsa, harada olarsa olsun ifrat meyilliləri vurmağa hazırıq. Prezidentin şərhləri də bu mövqe ilə üst-üstə düşür.

Trampın sosial şəbəkədə yer tutan açıqlamasında “Türkiyəni iqtisadi olaraq məhv etməklə” nəyi qəsd etdiyi sualı qarşısında Pompeo deyib ki, dünya miqyasında müxtəlif yerlərdə sanksiyalar tətbiq edirik. Zənnimcə belə addımlardan bəhs edir, amma yenə də onun özünə soruşmalısınız.

Tramp “Twitter” hesabındakı paylaşmasında ABŞ-ın Suriyadan çıxmağa başladığını və terror təşkilatı DEAŞ ilə mübarizənin davam edəcəyini bildirmişdi.

Tramp həmin zamanda Türkiyənin terror təşkilatı YPG/PKK-nı hədəf götürməsi qarşısında ölkəni iqtisadi sansksiya ilə təhdid etmiş və bölgədə 20 mil məsafədə təhlükəsiz bölgədə yaradacaqlarını qeyd etmişdi. 



Әlaqәli Xәbәrlәr