Mayk Pompeo Sәudiyyә Әrәbistanında sәfәrdәdir

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo (Mike Pompeo) Sәudiyyә Әrәbistanına sәfәr edib.

Mayk Pompeo Sәudiyyә Әrәbistanında sәfәrdәdir

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo (Mike Pompeo) Sәudiyyә Әrәbistanına sәfәr edib.

Qәtәrdәn sonra Sәudiyyә Әrәbistanının paytaxtı Әr-Riyada sәfәr edәn Mayk Pompeo Kral Salman ibn Әbdülәzizlә görüşüb. Görüşdә ikitәrәfli әlaqәlәr, Orta Şәrqdәki proseslәr vә bu çәrçivәdәki sәylәr müzakirә olunub.

ABŞ dövlәt katibi Mayk Pompeo daha sonra  vәliәhd şahzadә Mәhәmmәd ibn Salmanla bir araya gәlib.  Görüşdә regional vә beynәlxalq proseslәr vә iki ölkә arasındakı strateji tәrәfdaşlıq qiymәtlәndirilib.

Görüşdә Sәudiyyә Әrәbistanının Vaşinqtondakı sәfiri Xalid ibn Salman, Dövlәt naziri Musaid әl-Ayban, Xarici İşlәr naziri İbrahim ibn Әbdülәziz әl-Assaf, ölkәnin xarici mәsәlәlәr üzrә naziri Adil әl-Cubeyr.

Gorüşdә ABŞ-ı isә Dövlәt Departamentinin Orta Şәrq mәsәlәlәri üzrә müşavirinin müavini David Satterfield, Beynәlxalq Koalisiya Qüvvәlәrinin xüsusi nümayәndәsi Ceyms Cefri vә digәr rәsmilәr tәmsil ediblәr.

Digәr tәrәfdәn ABŞ-ın Әr-Riyaddakı sәfirliyindәn verilәn mәlumatda görüşdә Yәmәn mәsәlәsinin dә müzakirә olunduğu bildirilib.

Pompeo Səudiyyə Ərəbistanının xarici mәsәlәlәr üzrә dövlәt naziri Adil Әl-Cubeyr vә ölkәnin Vaşinqtondakı sәfiri Xalid bin Selmanla keçirdiyi  görüşdә isә  Әr-Riyad rәhbәrliyindәn  Xaşoqçi cinayәti ilә bağlı istintaqın  davam etdirilmәsini tәlәb edib.

Qeyd edәk ki, bu Mayk Pompeonun sәudiyyәli jurnalist Camal Xaşoqçi cinayәtindәn sonra Sәudiyyә Әrәbistanına ilk sәfәridir.



Әlaqәli Xәbәrlәr