Avropa Parlamentindən Böyük Britaniya xalqına çağırş

Avropa Parlamentinin üzvləri Böyük Britaniya xalqına çağırış ediblər ki, Brexit qərarından (İngiltərənin Avropa İttifaqından Çıxması ) imtina etsinlər.

Avropa Parlamentindən Böyük Britaniya xalqına çağırş

Avropa Parlamentinin 129 üzvü, Britaniya parlamentində  Brexit  qərarına  səs  veriləcək günün  ərəvəsində İngiltərə xalqına xitabən bir məktub yayıb. Məktubda: "Bizlər Britaniyanın dostları olaraq, Brexit fəlakəti ilə əlaqəli cərəyan edən prosesləri narahatlıqla izləyirik. Bunun həm Britaniya həm də Avropanın zərərinə olacağına inanırıq. İngilis seçiciləri Brexit qərarına yenidən baxmağa başlayıb. Qərarın yenidən referenduma çıxarılmasına dəstək artıb. İngilis xalqının Aİ-dən çıxma qərarına hörmətlə yanaşsaq da bundan kədər duyuruq. Qərardan hamımızın mənfi təsirlinəcəyini  hər kəs bilməlidir. Britaniyanın alyansdan çıxmasını istəmirik. Birlikdə daha güclü bir Avropa İttifaqı yarada bilədrik.

Qeyd edək ki, Brixit qərarı sabah İngiltərə parlamentində səsə çıxarılacaq.



Әlaqәli Xәbәrlәr