Vladimir Putin və Binyamin Netanyahu  arasında telefon danışığı oldu

Rusiya prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu Yaxın Şərqdəki son iprosesləri müzakirə etdilər.

Vladimir Putin və Binyamin Netanyahu  arasında telefon danışığı oldu

Kremlin Mətbuat Mərkəzindən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putinlə  İsrailin Baş naziri Binyamin Netanyahu arasında İsrail tərəfinin təşəbbüsü ilə telefon danışığı olub.

Netanyahu telefon görüşündə Putinə İsrail ordusunun Livanla sərhəddə keçirdiyi hərbi  əməliyyatlar barəsində məlumat verib.

Putin isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qərarının əhəmiyyətinə toxunub.

Suriyada son proseslərin də müzakirə olunduğu telefon danışığında Rusiya ilə İsrail arasındakı hərbi əməkdaşlığın inkişaf etdirilməsinin və iki ölkənin müdafiə nazirliklərinin birgə iş qrupları arasında əlaqələrin vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr