Türkiyə-ABŞ əməkdaşlığı olmadan Suriya probleminin həlli mümkün deyil

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri (James Jeffrey) Türkiyə-ABŞ əməkdaşlığı olmadan Suriya probleminin həllinin mümkün olmadığını bildirdi.

Türkiyə-ABŞ əməkdaşlığı olmadan Suriya probleminin həlli mümkün deyil

 
 Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri (James Jeffrey) Ankarada keçirilən Suriya mövzusunda 3-cü birgə işçi qrupunun toplantısından sonra mətbuat nümayəndələrinin suallarını cavablandırdı.
 
 ABŞ nümayəndəsi toplantıda Fəratın şərqindən İdlibə qədər, Suriyaya dair bütün məsələləri müzakirə etdiklərini bildirdi.
 
 Münbiçdə yol xəritəsi əsasında müxtəlif nəzarət fəaliyyətləri həyata keçirdiklərini qeyd edən Ceffri bunları söylədi: "ABŞ-ın Münbiçdə olan PYD və YPG üzvlərinin oradan çıxması, yerli şuralar və yerli hərbi birliklərdə bu təşkilatların üzvlərinin olmaması barədə öhdəliyini yerinə yetirərək, təhlükəsizlik araşdırması (vetting) aparırıq. İlin sonuna qədər meyarları mümkün olan ən qısa müddətdə təmin etdiyimizə əmin olmaq üçün bəzi addımlar atacağıq. Bunların bəziləri dekabrın sonuna qədər başa çatacaq".
 
Cefri Münbiç modelini tətbiq edə biləcəkləri digər sahələri birgə planlaşdırma prosesində müzakirə edəcəklərini, bu prosesinin başladığını,  Türkiyəni İdlibdə dəstəkləməyin də bu plana daxil olduğunu söylədi.
 
 ABŞ nümayəndəsi  Fəratın şərqindəki qurulacaq müşahidə məntəqələri ilə bağlı verilən suala cavab olaraq bu məntəqələrin  hədəfininTürkiyənin də təhlükəsizliyi daxil olmaqla, o bölgədəki təhlükəsizliyi təmin etmək olduğunu dilə gətirdi.
 
 Ceyms Cefri Astana danışıqları ilə bağlı tənqidinin xatırladılmasına qarşı tənqidinin prosesin əleyhinə olmadığını ifadə etdi: "Astana prosesi işləyir. Bununla heç bir problemimiz yoxdur" dedi.
 
 Suriyada siyasi prosesin ləngiməsinin səbəbkarının Bəşər Əsəd rejimi olduğunu bildirən Ceffri: " Buna görə nə Astana danışıqları, nə Rusiya, nə İran, nə də çox yaxşı addımlar atan Türkiyə cavabdehdir" ifadələrini işlətdi.
 
 Terror təşkilatı YPG/PKK ilə əməkdaşlığa dair verilən suala ABŞ nümayəndəsi: "Hər zaman söyləyirik. SDG ilə DEAŞ- qarşı fəaliyyətimiz  şimal-qərb bölgəsinin insanları ilə müvəqqəti və taktiki xarakterlidir" deyə cavab verdi.
 
 DEAŞ-la toqquşmaların xüsusilə, Deyrizorun Hecin bölgəsində çox şiddətli şəkildə davam etdiyini deyən Cefri DEAŞ-ın Suriyanın şərqində yenidən qüvvətlənməsinə görə  narahat olduqlarını bildirdi.

 Cefri Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın ona ABŞ-ın müşahidə məntəqələrindən imtina etməsi və YPG/PKK ilə əməkdaşlığını dayandırması barəsindəki həssaslıqlarla əlaqədar söylədiklərinə dair: "DEAŞ-la mübarizənin fasiləsiz davam edəcəyini bildirdik. Nazir şimal-şərqdən Türkiyəyə yönələn təhdid məsələsində çox açıq idi. Bunu Vaşinqtona çatdıracağıq" dedi.



Әlaqәli Xәbәrlәr