Putin: "Yunanıstanın "Türk axını" layihəsinə daxil edilməsini ehtimal xaricində görmürük"

Rusiya prezidenti Vladimir Putin Rusiya qazının Avropaya nəql edildiyi layihələrə Yunanıstanın da daxil edilə biləcəyini bildirdi.

Putin: "Yunanıstanın "Türk axını" layihəsinə daxil edilməsini ehtimal xaricində görmürük"

 
 Rusiya prezidenti Vladimir Putin Yunanıstanın Baş naziri Aleksis Çiprasla paytaxt Moskvada görüşdü.

Görüşdən sonra Putin və Çipras mətbuat nümayəndələrinin suallarını cavablandırdılar.
 
 Energetika sektorunun Rusiya və Yunanıstan arasında əsas əməkdaşlıq sahəsi olduğunu bildirən Putin: "Rusya Yunanıstanın təbii qaz tələbatlarının yarısından çoxunu, neft ehtiyacının da 10 faizindən çoxunu təmin edir" deyə danışdı.
 
 Rusiya prezidenti Yunanıstanın Rusiyaanın təbii qazı ilə bağlı olan layihələrə daxil edilə biləcəyini qeyd edərək: "Rusiya qazının Avropaya nəql edildiyi layihələrə yunan şirkətləri də daxil ola bilər. Yunanıstanın "Türk axını" layihəsinə daxil edilməsini də ehtimal xaricində görmürük. Bu məsələni Türk və yunan tərəfdaşlarımızla müzakirə edirik" dedi.
 
Yunanıstanın Baş naziri Aleksis Çipras "Türk axını" başda olmaqla, Türkiyə ilə bağlı mövzuların Moskva danışıqlarının gündəmində olduğunu bildirdi.
 
Çipras görüşdə "Türk axını" layihəsinin Avropa qolunun ölkəsindən keçməsini istəyərək: " Biz əvvəldən yalnız "Türk axını"nın deyil, Yunanıstan və İtaliya ərazisindən bir Avropa axınının keçməsinin lazım olduğunu deyirik" dedi.



Әlaqәli Xәbәrlәr