Fransada "sarı jiletlilər" Makronu istefaya çağırdılar

Fransanın paytaxtı Parisdə "sarı jiletlilər" tərəfindən təşkil edilən nümayişlərdə indiyədək 481 adam nəzarətə götürülüb.

Fransada "sarı jiletlilər" Makronu istefaya çağırdılar

Fransanın baş naziri Eduard Filip ( Edouard Philippe  paytaxt Parisdə "sarı pjiletlilər"in keçirdiyi nümayişlərdə indiyədək  481 nəfərin nəzarətə götürüldüyünü, 211 nəfərin isə həbs olunduğunu bildirdi.

"Sarı jiletlilər" ölkədə, xüsusilə də, Parisdə yanacaq vergilərinin artırılmasına və iqtisadi vəziyyətin pisləşməsinə etiraz edirlər.

Etirazçılar səhərin erkən saatlarda  Yelisey çölləri prospektində (Champs-Elysees) toplaşdılar.

Polis prospektdə nümayişçilərə bibər gazı ilə müdaxilə etdi.

Polis və aktivistlər arasında gərginlik yarandı.

Nümayişçilər "Macron istefa" şüarını səsləndirdilər.



Әlaqәli Xәbәrlәr