Papa Fransis BƏƏ-nə səfərə gedir

Katolik dünyasının lideri Papa Fransis fevral ayının ilk həftəsində Birləşik Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.

Papa Fransis BƏƏ-nə səfərə gedir

Katolik dünyasının lideri Papa Fransis, 3-5 Fevral tarixlərində səfərdə olacağı Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində baş tutacaq ‘Dinlərarası Dünya Dialoqu’ yığıncağına qatılacaq. BƏƏ-leri rəsmiləri ilə bir araya gələcək.

Papa reallaşdıracağı səfərlə BƏƏ-ni ziyarət edən Katolik dünyasının ilk ruhani lideri olaraq yaddaşlarda qalacaq.

Vatikandandan səfərlə bağlı yayılan məlumata görə, BƏƏ-nin vəliəht şahzadası Şeyx Məhəmməd ibn Zayed əl-Nahyan Fransada olan zaman Papanı baş tutacaq toplandıya dəvət etmişdi. O, "tvitter" hesabında, "Biz sülh və qardaşlığın simvolu olan Papa Fransisi BƏƏ-də görməkdən məmnun olacağıq" deyib.

Vatikan sözçüsü Greg Burke mətbuat mənsublarına verdiyi açıqlamada, Papa Fransisin BƏƏ-nə səfəri zamanı bölgə və dünya üçün sülh mesajı verəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr