Trampdan Fransa prezidentinə reaksiya: "Bəlkə Avropa NATO-ya olan borcunu ödəməlidir?"

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun "ABŞ, Çin və Rusiyadan qorunmaq üçün Avropa öz ordusunu yaratmalıdır" sözlərinə reaksiya göstərdi.

Trampdan Fransa prezidentinə reaksiya: "Bəlkə Avropa NATO-ya olan borcunu ödəməlidir?"

" I Dünya Müharibəsini Sona Çatdıran Atəşkəs Sazişinin 100-cü ildönümü" tədbirlərində iştirak etmək üçün Fransaya gedən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Twitter hesabında Makronu hədəf aldı.
 
 Tramp ismarışında: "Fransa prezidenti Makron ABŞ, Çin və Rusiyadan qorunmaq üçün Avropanın öz ordusunu yaratması təklifini verdi. Bu, çox hörmətsiz bir təklifdir. Bəlkə Avropa əvvəl ABŞ-ın çox böyük bir şəkildə dəstək verdiyi NATO-ya olan borcunu ödəməlidir?" deyə yazdı.
 
 Qeyd edək ki, Fransa prezidenti  Emmanuel Makron bu həftə Parisdə verdiyi açıqlamada Rusiya təhlükəsinə diqqət çəkərək, ABŞ-dan asılı olmayan, suveren Avropa İttifaqı ordusu olmadıqca avropalıların təhlükəsizliyinin olmayacağını söyləmişdi.



Әlaqәli Xәbәrlәr