Norveç Səudiyyə Ərəbistanına silah satışını dayandırdı

Norveç Yəməndə Husilərlə döyüşən koalisiya qüvvələrinə başçılıq edən Səudiyyə Ərəbistanına silah və hərbi sursat ixracını dayandırdı.

Norveç Səudiyyə Ərəbistanına silah satışını dayandırdı

Norveç Yəməndə Husilərlə döyüşən koalisiya qüvvələrinə başçılıq edən Səudiyyə Ərəbistanına silah və hərbi sursat ixracını dayandırdı.
 
 Norveç Xarici İşlər naziri Ine Eriksen Soreide ölkəsinin dövlət televiziyası NRK-ya müsahibə verdi.
 
 Səudiyyə Ərəbistanı haqqındakı son proseslərə diqqət çəkən Soreide: "Yəməndəki  müharibənin yaratdığı son vəziyyəti də göz önünə gətirərək, Səudiyyə Ərəbistanına  müdafiə sənayesi ilə bağlı silah və sursat ixracı üçün yeni lisenziya verməyəcəyik" dedi.
 
 Norveçin Səudiyyə Ərəbistanına silah ixracını dayandırmasının Səudiyyə jurnalisti Camal Xaşoqçi cinayəti ilə bağlı olub- olmadığı sualına Soreide cavab verməkdən çəkindi.
 
 Almaniya ötən ay Xaşoqçi cinayətinin nəticəsi ortaya çıxandan sonra Səudiyyə Ərəbistanına  silah ixracını dayandırdığını açıqlamışdı.
 
 İsveç Baş naziri Stefan Löfven isə bir müddət əvvəl verdiyi bəyanatda Xaşoqçi hadisəsinə baxmayaraq, Səudiyyə Ərəbistanına silah satışını dayandırmayacaqlarını bildirmişdi.
 
 Uzun müddətdir siyasi qeyri-sabitliyin yaşandığı Yəməndə qanuni hakimiyyətə qarşı çevriliş edən Husilər 2014-cü ilin sentyabr ayından etibarən paytaxt Sana və bəzi bölgələrdə nəzarəti  əldə saxlayırlar. Ölkənin bir çox şəhəri ordu ilə Husilər arasındakı qarşıdurmalara səhnə olur.
 
 Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiya qüvvələri isə 2015-ci ilin mart ayından etibarən Yəmən hökumətinə dəstək verir.



Әlaqәli Xәbәrlәr