Malavidə qida böhranı ola bilər

Afrika ölkəsi Malavidə ən az 35 min insanın ərzaq böhranı ilə üzləşə biləcəyi açıqlandı  .

Malavidə qida böhranı ola bilər

 Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının (UNHCR) Malavi nümayəndəsi Monique Ekoko yazılı açıqlama verərək, lazımi humanitar yardımların edilməməsi halında Malavidə ərzaq probleminin baş verə biləcəyi barədə xəbərdarlıq etdi.
 
 Ekoko: "Malavidə olan 35 mindən çox qaçqın, və ya mühacir  lazımi tədbirlər görülməsə, iki ay içərisində ərzaq problemi ilə üzləşə bilər" dedi.
 
 Ölkədəki yardımlar üçün gələn il 4,2 milyon dollara ehtiyac olacağına diqqət çəkən Ekoko qida probleminin minlərlə köçkün və qaçqın üçün dağıdıcı təsirə səbəb olacağını və sağlamlıq şərtlərinə də mənfi təsir göstərəcəyini bildirdi.
 
 Qeyd edək ki, Demokratik Konqo Respublikası başda olmaqla, qonşu ölkələrdəki daxili münaqişələrdən qaçan on minlərlə adam Malaviyə sığınır.
 
 



Әlaqәli Xәbәrlәr