Qətər və Fələstin əməkdaşlıq sazişi imzaladı

Qətər rəsmi xəbər agentliyi QNA-da yer alan xəbərə görə...

Qətər və Fələstin əməkdaşlıq sazişi imzaladı

 Qətər və Fələstin arasında kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq sahəsində əməkdaşlıq sazişi imzalanıb.

  Qətər rəsmi xəbər agentliyi QNA-da yer alan xəbərə görə, paytaxt Dohada imzalanan razılaşmaya Qətər tərəfdən Bələdiyyələr və Ətraf Mühit naziri Məhəmməd bin Abdullah er-Rumeyhi, Fələstin tərəfindən isə Kənd Təsərrüfatı naziri Süfyan Sultan imza atıb.

  Müqavilə iki ölkə arasında ərzaq istehsalı, elmi tədqiqat, birgə layihələrin həyata keçirilməsi, çölləşməyə qarşı hərəkat, toyuq və balıq yetişdirmə, baytarlıq xidmətləri, sərhədsiz xəstəliklərlə mübarizə kimi sahələri əhatə edir.



Әlaqәli Xәbәrlәr