Artıq Kosovo vətəndaşları da Avropa İttifaqı ölkələrinə vizasız səyahət edə biləcək

Avropa Parlamenti Kosovo vətəndaşlarının Avropa İttifaqı (Aİ) ölkələrinə vizasız səyahət edə bilmələri ilə bağlı qərara razılıq verdi.

Artıq Kosovo vətəndaşları da Avropa İttifaqı ölkələrinə vizasız səyahət edə biləcək

   Fransanın Strasburq şəhərində AP Baş Assambleyasının Mülki Azadlıqlar Komitəsi tərəfindən 2016-cı ilin sentyabrında qəbul edilən və çatışmazlıqların tamamlanması məqsədilə təsdiqi təxirə salınan layihə səsə qoyulub. 186-ya qarşı 420 üzvün razılığı və 22 bitərəf səslə qəbul edilən layihədə Kosovo vətəndaşlarının Aİ ölkələrindən hər hansı birinə 90 gün ərzində vizasız səyahəti əks olunur.

  Qərar Aİ Komissiyası tərəfindən təhlil olunduqdan sonra qüvvəyə minəcək.

  Qeyd edək ki, Kosovo Avropa İttifaqı ölkələrinə vizasız səyahət hüququ olmayan son Balkan ölkəsi idi. 2012-ci ildə başlayan müzakirələrdə Kosovo rəhbərliyindən 95 meyar tələb olunmuş, bu ilin avqust ayında isə bütün tələblərin yerinə yetirildiyi qənaətinə varılaraq sərbəst viza üçün AP və Aİ-nin Şurası təsdiq prosedurlarının başlanmasına yaşıl işıq yandırmışdı.

  Avropa İttifaqı Makedoniya, Çernoqoriya və Serbiyaya 2009, Bosniya-Herseqovina və Albaniya vətəndaşlarına isə 2010-cu ildən 90 günlük vizasız səyahət haqqı tanıyıb. Bu ölkələrin vətəndaşları ticarət, turist və ailəvi olaraq, Böyük Britaniya və İrlandiyadan başqa, Aİ ölkələrinə biometrik pasportla vizasız gedə bilirlər.



Әlaqәli Xәbәrlәr