"Tramp etibarlılıq duyğusunu aradan qaldırdı", N.Tokki

Natali Tokki (Nathalie Tocci) Amerika Birləşmiş Ştatlarının İranı danışıqlar masasına çəkmək üçün sanksiyalar tətbiq etməsini "məntiqdən kənar cəhd" kimi qiymətləndirdi.

"Tramp etibarlılıq duyğusunu aradan qaldırdı", N.Tokki

  Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə səlahiyyətli nümayəndəsi Federika Moqerininin sözçüsü Natali Tokki (Nathalie Tocci) Amerika Birləşmiş Ştatlarının İranı danışıqlar masasına çəkmək üçün sanksiyalar tətbiq etməsini "məntiqdən kənar cəhd" kimi qiymətləndirdi.

  İranın yarı rəsmi xəbər agentliyi “Tesnim”in yazdığına görə, N.Tokki ABŞ-ın nüvə müqaviləsindən çəkilməsini beynəlxalq hüquq normalarının pozulması kimi adlandıraraq deyib: “İran nüvə müqaviləsi öhdəliklərinə sadiq qalıb. Onu danışıqlar masasına çəkmək üçün sanksiyaları yenidən başlamaq cəhdi məntiqsiz siyasi təşəbbüsdür. Nüvə sazişinin ABŞ tərəfindən pozulması 12 il davam edən müzakirələrin ortaya çıxardığı etibarlılıq duyğusunu ortadan qaldırdı. Trampın hədəfi İranı təslim olmağa məcbur etməkdir".



Әlaqәli Xәbәrlәr