"Bu mövzuda Almaniya İspaniya ilə birlikdə hərəkət edəcək", A.Merkel

Almaniya kansleri Angela Merkel İspaniyanın baş naziri Pedro Sançezlə İspaniyanın cənub-qərbindəki Kadizdəki (Cadiz) Quzmanes Sarayında bir araya gəldi.

"Bu mövzuda Almaniya İspaniya ilə birlikdə hərəkət edəcək", A.Merkel

  İspaniya ilə Almaniya nizamsız mühacirətlə mübarizə, başda Mərakeş olmaqla Afrika ölkələrinə maliyyə yardımı göstərilməsi və fondlar üzərindəki məhdudiyyətin qaldırılması məsələsilə bağlı anlaşdı.

  Almaniya kansleri Angela Merkel İspaniyanın baş naziri Pedro Sançezlə İspaniyanın cənub-qərbindəki Kadizdəki (Cadiz) Quzmanes Sarayında bir araya gəldi. Görüşdə, əsasən, miqrasiya siyasəti, müdafiə və iqtisadiyyat məsələləri müzakirə olundu. Ən mühüm müzakirə mövzusu miqrasiya idi.

  İspaniya ilə Almaniya Afrika ölkələrinə maliyyə yardımı göstərilməsi məsələsində anlaşdı.

  P.Sançez Avropanın Mərakeşin sərhədlərində daha təsiri olması üçün bəzi iqtisadi yardımlarda məhdudiyyətin qaldırılması lazım olduğunu söylədi.

  A.Merkel isə "Almaniya öz töhfəsini verəcək, İspaniya ilə ümumi şəkildə hərəkət edəcək" dedi.

  Qeyri-rəsmi məlumata görə, Mərakeşə 180 milyon avro ayrılıb.



Әlaqәli Xәbәrlәr