• Video Qalereya

Səudiyyə Ərəbistanında hərbi təyyarə qəzaya uğrayıb

Məlumata görə, Asir bölgəsində düşən təyyarədəki 2 pilot sağ qalıb.

Səudiyyə Ərəbistanında hərbi təyyarə qəzaya uğrayıb

Səudiyyə Ərəbistanı ilə Yəmənin sərhədində "texniki nasazlıq" səbəbindən hərbi təyyarə qəzaya uğrayıb.

Məlumata görə, Asir bölgəsində düşən təyyarədəki 2 pilot sağ qalıb. Koalisiya sözçüsü Turki əl-Maliki açıqlamasnda Kral Hava Qüvvələrinə məxsus ''Tornado'' tipli hərbi təyyarənin təlim zamanı texniki nasazlıq səbəbindən qəzaya uğradığını deyib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə koalisiya qüvvələri 2015-ci ildən  siyasi böhranın hökm sürdüyü Yəmənə dəstək olur. 



Әlaqәli Xәbәrlәr