Yaponiyada baş verən zəlzələdə 3 nəfər həyatını itirib

Yaponiyada 6,1 bal gücündə baş verən zəlzələdə 3 nəfər həyatını itirib.

Yaponiyada baş verən zəlzələdə 3 nəfər həyatını itirib

Yaponiyada 6,1 bal gücündə baş verən zəlzələdə 3 nəfər həyatını itirib.

Yaponiya Meteroloji İdarəsi Osaka şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Zəlzələnin ocağının şəhərin şimalında, yerin 13 km dərinliyində yerləşdiyi bildirilib.

Milli Fəlakət agentliyi isə ilkin məlumatlara görə 3 nəfərin həlak olduğunu,  300-dən çox adamın isə yaralandığını açıqlayıb.

Çox sayda binada yanğın baş verməsinə, yollarda çatlaqlar əmələ gəlməsinə və su kəmərlərində dağıntılara səbəb olan zəlzələdən sonra sunami üçün xəbərdarlıq edilməyib.

Zəlzələdən sonra təyyarə və qatar səfərləri təxirə salınıb.

Osaka yaxınlığındakı Mihama, Takahama və Ohi nüvə stansiyalarında hər hansı xəsarət yaranmadığı bildirilib.

Digər tərəfdən Qvatemalada da 5,6 bal gücündə zəlzələ baş verib.

Milli Fəlakət agentliyinin açıqlamasına görə, tələfat və dağıntı olmayıb.  


Etiketlәr: sunami , zəlzələ , Yaponiya

Әlaqәli Xәbәrlәr