Putin və Merkel Suriya məsələsini müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putin  Almaniya kansleri Angela Merkelə Amerika Birləşmiş Ştatları, İngiltərə və Fransanın Suriyaya qarşı həyata keçirdikləri əməliyyatın beynəlxalq hüquqa zidd olduğunu bildirdi.

Putin və Merkel Suriya məsələsini müzakirə etdilər

 Kremldən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

 Liderlər telefon görüşündə Suriya məsələsini  müzakirə ediblər.
 
 Putin Merkelə  şənbə günü 3 ölkənin (ABŞ, İngiltərə, Fransa) Suriyaya qarşı həyata keçirdiyi əməliyyatın böhranın sülh yolu ilə həll edilməsi prosesinə ciddi zərər verdiyini söyləyib.
 
 Telefon görüşündə  Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının Suriyada kimyəvi hücum unhəyata keçirilməsi ilə bağlı iddialara dair ətraflı və obyektiv araşdırma aparmasının vacibliyi vurğulanıb.
 
Liderlər Astana və Cenevrə danışıqları da daxil olmaqla, Suriya məsələsində siyasi və diplomatik səylərin bərpası istiqamətindəki səylərini artırmağa, bu məsələ ilə bağlı  danışıqlara davam etməyə hazır olduqlarını bildiriblər.
 
Telefon danışığında Şimal Axını- 2 qaz boru kəməri layihəsinin inşasına dair fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr