SDP-nin sədri Martin Schulz istefa edib
Almaniya Sosial Demokrat Partiyasının (SDP) sədri Martin Schulz istefa edib.

Martin Schulz, Berlindəki SPD Ümumi Mərkəzində verdiyi açıqlamada, partiya daxilində bəzi dəyişikliklərə zərurət olduğu üçün istefa etdiyini bildirib.
Partiyaya, istefa qərarı ilə əlaqəli məlumat verdiyini ifadə edən Schulz, kabinetə daxil olmaqda imtina edərək partiya daxilindəki münaqişələrə son qoymaq istədiyini vuurğulayıb.
Qeyd edək ki, partiyanın yeni sədri 22 Apreldə keçiriləcək fövqəladə qurulktayda seçiləcək.