Səudiyyə Ərəbistanı Haleyin İranla əlaqəli açıqlamasını məmnuniyyətlə qarşıladı

Səudiyyə Ərəbistanı daimi nümayəndə Haleyin İranla əlaqəli açıqlamasını məmnuniyyətlə qarşıladığını bildirərək, beynəlxalq ictimaiyyətdən “düşməncə hücumlarına görə İran rejimini mühakimə etməsini” istəyib.

Səudiyyə Ərəbistanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haleyin “inkar edilə bilməz” dəlillərin İranın Yəməndə Husiləri raketlə təmin edərək beynəlxalq hüquq qaydalarını pozduğunu ortaya qoyduğuna dair açıqlamalarını məmnuniyyətlə qarşıladı və beynəlxalq ictimaiyyətdən İranı mühakimə etməsini istədi.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi “SPA”da yer tutan xəbərə görə, Səudiyyə Ərəbistanı ayrıca Yəməndə düşməncə terror hücumları həyata keçirən, qanunları pozan, dövlət təşkilatlarını məhv edən, əhaliyə təzyiq edən, humanitar yardım materilları daxil əhalinin əlində nə varsa qaretləyən Husi milislərə verdiyi dəstəyə görə İranı qınayıb. Bunların hamısının BMT Təhlükəsizlik Şurasının 2216 və 2231 nömrəli qərarlarını açıq şəkildə pozduğu və siyasi prosesə zərər verərək böhranın həllini uzatdığı ifadə edilib.

Әlaqәli Xәbәrlәr