Avropa İttifaqı liderlərinin “Qüds” qərarı

Avropa İttifaqı (Aİ) Liderlərinin Zirvə toplantısında Qüds mövzusuna dair açıqlama verildi.

Avropa İttifaqı liderlərinin “Qüds” qərarı

Avropa İttifaqı (Aİ) Liderlərin Zirvə toplantısında Qüds mövzusuna dair açıqlama verildi.

28 üzvü olan Aİ-nin dövlət və hökumət rəhbərləri “Brexit”, qaçqınlar, Qüds, Rusiya, müdafiə, sosial və iqtisadi mövzuları müzakirə etmək üçün Brüsseldə  İttifaqın Şura binasında bir araya gəldi.

Yığıncaq davam edərkən Aİ Şura sədri Donald Tusk sosial şəbəkə vasitəsilə İsrail-Fələsdin məsələsi və Qüdslə bağlı açıqlama verərək bildirdi ki, Aİ liderləri iki dövlətli həll yoluna güclü şəkildə sadiqdir və bu çərçivədə Aİ-nin Qüdslə bağlı mövqeyinin dəyişməyəcəyi təsdiqləndi.

Qeyd edək ki, Aİ Qüdsün 1967 sərhədlərində iki dövlətin də paytaxtı olmasını dəstəkləyir. İttifaq ABŞ prezidenti D.Trampun əksinə tək tərəfli addımlardan imtina edilməsini və Qüdsün statusunun müzakirələr nəticəsində müəyyənləşdirilməsini istəyir.



Әlaqәli Xәbәrlәr