Sel üzündən 27 minə yaxın insan başqa yerlərə köçürüldü

Şinhua agentliyinin xəbərinə görə, ölkənin Hubey əyalətində leysan 5 nəfərin ölümünə səbəb olub.

Sel üzündən 27 minə yaxın insan başqa yerlərə köçürüldü

  Çinin orta bölgəsində şiddətli yağışların yol açdığı seldə 5 nəfər həyatını itirib.

  Şinhua agentliyinin xəbərinə görə, ölkənin Hubey əyalətində leysan 5 nəfərin ölümünə səbəb olub.

  Selə görə 26 min 700 nəfər təhlükəsiz yerlərə köçürülüb.

  Leysan nəticəsində 8500 ev dağılıb, 253 min hektardan çox kənd təsərrüfatı sahəsi zərərə uğrayıb. Bölgəyə dəyən maddi ziyan təxminən 608 milyon dollar olaraq müəyyən edilib.

  Sel bölgəsinə xilasetmə və təcili tibb yardım qrupları göndəirlib.

  Xatırladaq ki, ölkədə keçən ay da Şaanşi əyalətində sel olmuş, 5 nəfər həyatını itirmiş, 27 min adam bölgədən evakuasiya edilmişdi.



Әlaqәli Xәbәrlәr