Dünyada 815 milyon insan aclıq çəkir

Dünyada aclıq çəkən insanların sayı 815 milyon nəfərə çatıb. Onların 60 faizi silahlı münaqişə zonalarında yaşayır.

Dünyada 815 milyon insan aclıq çəkir

BMT-nin baş katibi Antoniu Quterres qurumun Təhlükəsizlik Şurasının iclasında dünyada aclıq çəkən insanların sayının 815 milyon nəfərə çatdığını, onların 60 faizinin silahlı münaqişə zonalarında yaşadığını söyləyib.

Baş katibin sözlərinə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı vəsaitlərinin təqribən 80 faizi hərbi əməliyyat zonalarında yaşayan insanlara yardımın göstərilməsinə sərf olunur.

"Aclıqdan əziyyət çəkən 815 milyon insandan təqribən 60 faizi münaqişə şəraitində yaşayır. İnkişafdan geri qalan uşaqların dörddə üçü münaqişələrin toxunduğu ölkələrin payına düşür. Bu münaqişələr həll edilmədikcə və dövlətlərin inkişaf prosesi öz yoluna düşməyincə icmalar və bütöv regionlar aclıq və əziyyət çəkməkdə davam edəcək", - deyə BMT-nin rəhbəri qeyd edib. 



Әlaqәli Xәbәrlәr