Üç ölkənin verdiyi vaxt başa çatdı

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin Qətərdəki vətəndaşlarına geri qayıtmaları və öz torpaqlarında yaşayan qətərlilərə ölkələrinə tərk etmələri üçün verdiyi vaxt başa çatıb.

Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyin iyunun 5-də Qətərlə diplomatik əlaqələrini kəsdiklərini açıqlamışdı.

Üç ölkənin Qətərdəki vətəndaşlarına geri qayıtmaları və öz torpaqlarındakı qətərlilərə də ölkəni tərk etmələri üçün verdiyi 14 günlük vaxt yerli saatla 24.00-da başa çatıb.

Bu üç ölkənin vətəndaşlarından ölkələrinə geri qayıdanlar ilə bu ölkələrdə yaşayanlardan Qətərə qayıdanların sayı dəqiq olaraq bilinmir.

Qətərdəki İnsan Haqları Milli Komitəsi daha əvvəl yayımladığı hesabatda Qətərdə bu ölkələrin vətəndaşı olan 11 min 387 nəfərin olduğunu, bu ölkələrdə isə min 927 qətərlinin olduğunu açıqlamışdı.

Әlaqәli Xәbәrlәr