Xarici mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici mətbuat

İngiltərə Reuters Xəbər Agentliyi: Xəzinə və Maliyyə naziri Bərat Albayrak, Türkiyənin iqtisadi böyümə mövzusunda ümid bəxş etdiyini vurğulayıb. Almaniya Spiegel jurnalın veb saytı: Türkiyəli Alman futbolçu Məsut Ozil, irqçilik və hörmətsizlik ilə qarşı-qarşıya qaldığı  üçün milli komandadan ayrıldı. Prezident Rəcəb Tayyib Ərdoğan mövzu ilə əlaqəli açıqlamasında, Türk mənşəli futbolçu Məsud Özilə istiqamətli rəftarın irqçi və qəbul edilə bilməz olduğunu qeyd edib.

Fransa AFP Xəbər Agentliyi: Almaniya, Türkiyəyə istiqamətli simvolik olaraq tətbiq edilən iqtisadi sanksiyaları ləğv edib.

Reuters Xəbər Agentliyi: Prezident Rəcəb Tayyib Ərdoğan bütün təhdidlərin sona çatacağı müddətə dək sərhəd əməliyyatlarının davam edəcəyini bildirib.

Fransa AFP Xəbər Agentliyi: Ərdoğan İsrail parlamentinin ölkəni "Yəhudi xalqının ulus-dövləti" olaraq xarekterizə edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqinə sərt reaksiya verib. İsrailin "dünyanın ən faşist və ən irqçi" dövləti olduğunu vurğulayıb.

IRNA Xəbər Agentliyi: Prezident administrasiyasının sözçüsü İbrahim Kalin İsrailin irqçilik və işğal ilə qidalanan bir rejim olduğunu qeyd edib.

ABŞ AP Xəbər Agentliyi: Türkiyə, ölkəni təsiri altına alan meşə sahələri yanğınlarına qarşı mübarizə edən Yunanıstana yardım təklif edib.

Rusiyanın Səsi Radiosu: Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings, Türkiyə iqtisadiyyatının ölkələr arasındakı ticarət döyüşlərindən müsbət təsirlənə bilicəyini bildirib.



Әlaqәli Xәbәrlәr