Xarici Mətbuat

Türkiyənin gündəmindəki önəmli xəbərlər xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

Fransa informasiya agentliyi AFP: Rusiya prezidenti Vladimir Putin, prezident Rəcəb Tayyib Ərdoğanın güclü siyasi avtoritetə sahib olduğunu bunu yüksək qiymətləndirdiyini bildirib.

Yaponiya veriliş orqanı NHK telekanalı: Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi Yaxın Şərqin mövcud mövqeyinə ciddi təsir edəcək.

Rusiyanın Səsi Radiosu: Dünya liderləri, yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğana təbrik məktubları göndərirlər.

 CNN Beynəlxalq Xəbər telekanalı: Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə seçkilərində zəfərini elan etdi. Telekanalın başqa bir xəbərində isə Amerika Birləşmiş Ştatlarının əlavə vergi tətbiqinə Türkiyənin dərhal cavab verdiyinə diqqət çəkilib.

Almaniya media orqanı DW-in Veb Saytı: ABŞ prezidenti Donald Tramp, prezident Rəcəb Tayyib Ərdoğanı seçkidəki zəfərinə görə telefonda təbrik edib.

Krım informasiya agentliyi QHA: 5 İyul-4 Avqust 2018 tarixlərində Ukraynada keçiriləcək Yazıçıların Oxuma Ayı (ARM) Festivalının şərəf qonağı Türkiyə olacaq.

Rusiyanın mətbuat orqanı Sputnik: Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Ukraynanın güclənməsi və  inkişafı Türkiyənin arzusu olduğunu qeyd edib.

Rusiya Xəbər Agentliyi TASS: Türkiyə, Avropa İttifaqının Ankaraya qarşı ədalətli olmadığı nəzərindən müdafiə edir.

İran informasiya agentliyi Fars: Prezident Rəcəb Tayyib Ərdoğan S-400 raketlərin satın alınması mövzusunda ABŞ qarşısında güzəştə gedilməyəcəyini qeyd edib.

CNN Beynəlxalq Xəbər telekanalı: Hər il minlərlə turistə ev sahibliyi edən Eskişehirdə, 'Kent Park Plajı' yay mövsümünə start verib.



Әlaqәli Xәbәrlәr