Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

İngiltərə Reuters Xəbər Agentliyi: Türkiyə, Suriya mövzusunda kimsənin yanında olmadığını, İran, Rusiya və Amerika Birləşmiş Ştatlarından fərqli siyasət izlədiyini qeyd edib.

BBC Türk İnternet Saytı: Baş nazir Binali Yıldırım, Aydın vilayətinin Didim rayonu sahil sularında yerləşən Antrofotos yamacına sancılan Yunanıstan bayrağının endirildiyini bildirib.

Almaniya DW veb saytı: Prezident Rəcəb Tayyib Ərdoğan, növbədən kənar preziden və parlament seçkilərinin 24 İyunda keçiriləcəyini elan edib.

Krım QHA İnformasiya Agentliyi: Türk Mədəniyyət və Tarix Simpoziumu İstanbulda keçiriləcək.

Çinin mərkəzi telekanalı CCTC: Prezident Rəcəb Tayyib Ərdoğan, İran dövlət başçısı Həsən Ruhani ilə görüşü zamanı Suriyada cərəyan edən son proseslər və iki ölkə arasındakı iqtisadi əlaqələri müzakirə edib.

Bosniya və Herseqovina İnternet Saytı Oslobodjenje: NATO-nun baş katibi Jens Stoltenberg, NATO-ya ən çox töhfə verən ölkələrin başında Türkiyənin olduğunu bildirib.

Rusiyanın Səsi Radiosu: Baş nazir Binali Yıldırım, Yunanıstana çağırış edib ki, təxribat və provoqasiyalardan imtina edilsin.

Almaniya DPA Xəbər Agentliyi: İqtisadiyyat və Enerji naziri Peter Altmaier, Türkiyə ilə iqtisadiyyat və enerji siyasəti sahəsindəki əlaqələri irəli pillələrə qaldırmaq istədiklərini bildirib. Agentliyin başqa bir xəbərində isə qeyd edilib ki, prezident Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. İki lider danışıq zamanı Suriya məsələsini müzakirə edib.

Euronews İnternet Saytı: Türkiyə, Avropa İttifaqı Komissiyasının Türkiyə ilə əlaqəli hazırladığı hesabatın obyektiv və balanslı olmadığını bildirib.

Rusiya Sputnik Veb Saytı: Prezident Rəcəb Tayyib Ərdoğan ilə Çin prezidenti Şi Cinpinq arasında telefon danışığı olub. Liderlərin danışığında iki ölkə arasındakı əlaqələr və regional məsələlər müzakirə edilib.



Әlaqәli Xәbәrlәr